Gürcüstan COVID-19-a qarşı dərmanlar alacaq

Gürcüstan COVID-19-a qarşı dərmanlar alacaq

Gürcüstan COVID-19 infeksiyası əleyhinə iki yeni preparat əldə edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze məlumat verib.

Onun sözlərinə dərman vasitələri ölkəyə bu həftə ərzində və oktyabr ayının ikinci yarısında gətiriləcək.

Baş infeksionist bildirib ki, hər iki preparat koronavirusa yoluxan pasiyentin vəziyyətinin ağırlaşması riskini kəskin şəkildə azaldır: “Bu dərmanlar - Baritsitinib və monoklonal anticismlərdən hələlik bir neçə aparıcı ölkədə - ABŞ, Böyük Britaniya və İtaliyada istifadə olunur. Gürcüstan bu iki preparatın tətbiq olunacağı ilk ölkələrdən biri olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...