Lirənin manata qarşı məzənnəsi tarixi minimumu yeniləyib

Lirənin manata qarşı məzənnəsi tarixi minimumu yeniləyib
Sentyabrın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,4% azalaraq 0,1906 manat enib və ötən gün qeydə alınmış tarixi minimumu yeniləyib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir ki, sözügedən səviyyəyə enib. Sentyabr ayında lirənin manata qarşı orta məzənnəsi 0,1995 manat təşkil edib. Bu, avqust ayı ilə müqayisədə 0,4% azdır.

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.

Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verdi. Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Hazırda, 1 dollar 8,8978 lirəyə bərabərdir.

Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,2466 lirəyə bərabərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1022 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...