Forbes İlon Maskı Dünya tarixinin ən zəngin adamı adlandırıb
Tesla və SpaceX şirkətlər qrupunun rəhbəri İlon Mask dünya tarixinin ən zəngin adamı olub. Onun sərvəti 272,3 milyard dollar təşkil edib. Bu barədə Forbes xəbər verir.
Nəşrin yaydığı məlumata görə, Mask bu göstəriciyə Tesla səhmlərinin qiymətinin kəskin sürətdə artması sayəsində nail olub. Nyu-York Birjasında Tesla səhmlərinin bazar dəyəri 1 trilyon dollar həddini keçib. Nəticədə Maskın kapitalı bir gündə 41 milyard dollardan çox artıb.
Maskın sərvəti ilk dəfədir ki, 300 milyard dollara yaxınlaşır. Bu da ona Amerikanın ən zəngin şəxslərinin reytinqini hazırlanan zaman ən varlı şəxs olmasına imkan verəcək. Forbes-ın məlumatına görə, bu ayın əvvəlində ən varlı şəxs Amazon-un təsisçisi və keçmiş baş direktoru Jeff Bezos idi. Onun sərvəti o zaman 201 milyard dollar idi.
Mask Tesla-nın əsasını 2003-cü il iyulun 1-də qoyub. Şirkət əvvəlcə Tesla Motors adlanırdı, lakin sonradan Tesla adlandırıldı. Şirkətin mənzil qərargahı ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Şirkət yeni yarananda orada yalnız elektromobillərin və onunla əlaqəli texnologiyaların istehsalı ilə məşğul idi. Daha sonra Tesla günəş panelləri və elektrik mühərrikləri istehsal etmək üçün öz texnologiyasından istifadə etməyə başlayıb və onların digər avtomobil şirkətlərinə, xüsusən də Toyota və Daimler-ə satışını təşkil edib.
Teslanın hazırda ABŞ, Meksika, Avropa, o cümlədən Fransa, Böyük Britaniya, Almaniya, İspaniya, Portuqaliya, həmçinin BƏƏ, Çin, Yaponiya, Cənubi Koreya və Tayvandda satış ofisləri var. Şirkətin fabrikləri ABŞ (Kaliforniya, Nevada, Nyu-York, Texas), Çin və Almaniyada yerləşir.
662 dəfə oxundu