Saakaşvilinin bədənində xəsarət izləri aşkar olundu

Saakaşvilinin bədənində xəsarət izləri aşkar olundu
Tbilisidə penitensiar xəstəxanaya yerləşdirilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bədənində müxtəlif xəsarətlər aşkar edilib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin həkimi Nikoloz Kipşidze məlumat verib. O bildirib ki, Saakaşvili tezliklə özəl xəstəxanaya köçürülməlidir:
“Saakaşvili özünü zəif hiss edir və onun testləri gözlənildiyindən də pisdir. Xarici müayinə aparılır. Bədənin müxtəlif yerlərində xəsarətlər müşahidə etdim. Nə cür xəsarətlər olduğu haqda isə danışmayacam”.
Kipşidze həmçinin qeyd edib ki, Saakaşvili xəstəxanada müalicə almaqdan imtina edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...