Xocalıda Rusiyanın 10 tarixi şəxsiyyətinə abidə qoyuldu: Moskva Qarabağı ilhaq edib? - Foto

Xocalıda Rusiyanın 10 tarixi şəxsiyyətinə abidə qoyuldu:
Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərinin qoyulduğu “Rusiya Şöhrət Xiyabanı” açılıb.

PİA.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilir ki, xiyabanın açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib.

Layihənin müəllifi isə heykəltəraş Mixail Serdyukovdur. Həmçinin, layihədə silsilə xiyabanlar salınması da nəzərdə tutulur. (bakupost.az)
Xocalıda Rusiyanın 10 tarixi şəxsiyyətinə abidə qoyuldu:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...