Ermənistanda yeni müdafiə naziri TƏYİN OLUNDU

Ermənistanda yeni müdafiə naziri

Suren Papikyan Ermənistanda yeni müdafiə naziri təyin olunub. Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyan Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib və baş nazirin təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin edib.

Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib. Qeyd edək ki, vəzifədən azad edilən Arşak Karapetyan bu il avqustun 2-də müdafiə naziri postuna gətirilmişdi.

Yeni Müdafiə naziri Suren Papikyan 26 aprel 1986-cı ildə Stepanavanda anadan olub. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində aspiranturada oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri təyin edilib. 2 avqust 2021-ci ildə prezidentin sərəncamı ilə o, Ermənistanın baş nazirinin müavini vəzifəsinə təyin edilib. 2016-cı ildə Müdafiə Nazirliyinin "Qaregin Njde" medalı ilə təltif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...