Mixeil Saakaşvili üçüncü dəfə məhkəməyə gətirilməyib

Mixeil Saakaşvili üçüncü dəfə məhkəməyə gətirilməyib

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə proses keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, siyasətçiyə müvafiq ittiham bir ay bundan öncə irəli sürülüb.

Sabiq dövlət başçısı və onun vəkillərinin tələbinə baxmayaraq, M.Saakaşvili məhkəmə iclasına gətirilməyib. Bu, artıq siyasətçinin iştirakı olmadan Tbilisi Şəhər Məhkəməsində keçirilən üçüncü prosesidir.

Gürcüstanın Penitensiar Xidmətindən bildirilib ki, məhkumun məhkəməyə aparılması müəyyən risklər doğurur və kütləvi iğtişaşlar yarada bilər.

Xatırladaq ki, M.Saakaşvili bu ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.

Gürcüstanın üçüncü prezidenti vətənində iki cinayət işi üzrə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib, daha üç iş isə baxılma mərhələsindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
830 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...