Saakaşvilinin vəziyyəti ağırlaşdı

Saakaşvilinin vəziyyəti ağırlaşdı

48 gündür həbsxanada aclıq aksiyasını davam etdirən Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvilinin vəziyyətin ağır olduğu və xəstəxana şəraitində müalicəyə ehtiyac yarandığı açıqlanıb.

Publika.az "Haber Global"a istinadən xəbər verir ki, ombudsman Nino Lomjaria tərəfindən yaradılan həkim heyəti bu qərara gəlib. Tbilisidəki Qldani həbsxanasında Saakaşvilini ziyarət edən həkimlər onun səhhətinin kritik olduğunu bildiriblər.

Açıqlamada bildirilib ki, sabiq prezidentin dərhal yerli xəstəxanaların birinin reanimasiya şöbəsinə köçürülməsi lazımdır. Qeyd olunub ki, Saakaşvilinin hazırda saxlanıldığı həbsxanada həmin şəraitin yaradılması mümkün deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...