Mənsum İbrahimovun qızına XİN-də yüksək vəzifə verildi

Mənsum İbrahimovun qızına XİN-də yüksək vəzifə verildi

Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl Azərbaycanın xarici ölkələrin birinin səfirliyində müşavir və 2-cü katib vəzifəsində çalışan Aysel İbrahimli geri çağırılaraq XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə, bir neçə gün əvvəl diplomatik rütübəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.

Mənsum İbrahimov qızının XİN-də yeni təyinatını sayıtımıza təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...