Özünə qəsd edəcəyini deyən qazi ilə bağlı - Açıqlama

  Özünə qəsd edəcəyini deyən qazi ilə bağlı -
İkinci Qarabağ müharibəsi iştirakçısı İlkin Hüseynov ona əlilliyin təyin olunmamasından şikayətçidir. Yeniavaz.com xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

İ. Hüseynov bildirir ki, döyüşlərdə ayağından yaralanıb, həmçinin psixoloji travma alıb:

"YAŞAT Fonduna müraciət etmişəm, deyirlər ki, əlillik dərəcən yoxdur, ona görə mənə köməklik göstərə bilmirlər. Hər dəfə rayondan Bakıya gəlməyə imkanım yoxdur. Bu ayın sonuna qədər lazımi orqanlar mənimlə maraqlanmasa intihar edəcəm".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanovun Yeniavaz.com-a verdiyi açıqlamada bildirilir ki, əlilliyin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirlir:
"Hüseynov İlkin Savalan oğluna aid əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən "Forma-88" sənədi Əlillik altsisteminə daxil edilməyib.

Belə olan halda qiymətləndirilmə aparılması mümkün olmur.

Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsinin həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...