Naxçıvanda mövqelərimiz atəşə tutuldu - Cavab tədbirləri görülür

Naxçıvanda mövqelərimiz atəşə tutuldu -
İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Gundeminfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
424 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...