Kəmaləddin Heydərovun ortağının ölkədən çıxışına “stop” qoyula bilər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "AZ AE” MMC barəsində xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edib.
Qaynarinfo xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İyulun 3-nə məhkəmə baxış iclası təyin edilib.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan ibarətdir.
"AZ AE” MMC 29 noyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 264 025 AZN-dir. Şirkətin qanuni təmsilçisi Məniçöhr Əhədpur Xangah Əli oğludur.
Məniçöh Əhədpur Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamıdır. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır.
Təsadüfi deyil ki, "AZ AE” MMC-nin adına Kəmaləddin Heydərova məxsus şirkətlərin siyahısındarast gəlinir. Məniçöhr Xangahın qanuni təmsilçisi olduğu başqa şirkətlər də var. Həmin şirkətləri təqdim edirik:
"AZ MED M” MMC
"AZ UNİVERSAL” MOTORS MMC
Ətraflı
"DOMİNO S” MMC
"AZ AQRO SƏNAYE” MMC
"AZ TRAİLERS CO” MMC
"AZFRUİTTİ CO” MMC
"AZ EDU LTD” MMC
"AZ TRANSPORT-A” MMC
"AHAD PARFUMERY” MMC
"SEMA” MMC
"AZ DUROCEM” MMC
"AZ TECHNOLOGY” MMC
Mediada Kəmaləddin Heydərovun biznesi barədə dərc edilə araşdırma materiallarında bu şirkətlərin nazirə məxsus olduğu iddia edilir.
TELEQRAM KANALIMIZA BURADAN BAXA BİLƏRSİNİZ
540 dəfə oxundu