"İqtisad Universitetində yaşlı dosentlər işdən çıxarılacaq" - REKTOR

"İqtisad Universitetində yaşlı dosentlər işdən çıxarılacaq" -


“Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq”. APA-nın xəbərinə görə, bunu ADİU rektoru Ədalət Muradov deyib. O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb: “Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”. Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur: “Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.

Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub. Ə. Muradov qeyd edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb: “Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...