Deputat oğlunun Rusiyadakı şirkətləri gəlirlərini açıqlayıb
67 saylı Sabirabad seçki dairəsindən millət vəkili seçilən Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun Rusiyada təsis etdiyi şirkətlər ötən il üçün maliyyə hesabatlarını açıqlayıb.
Yeniavaz.com açıqlanan maliyyə hesabatlarına istinadən xəbər verir ki, Azər Əmiraslanovun təsisçisi olduğu 3 şirkətdən 2-si ötən ili zərərlə başa vurub, 1 şirkət isə mənfəət əldə edib.
Deputat oğlunun 30% pay sahibi olduğu “Bereq” şirkəti ötən il 8 milyon 861 min rubl (96,3 min dollar) xalis mənfəət əldə edib. Azər Əmiraslanovun 40% pay sahibi olduğu “Dividend” şirkəti isə ötən ili 920 min rubl (10 min dollar) xalis zərər ilə başa vurub. “Super-Kosna” adlı digər bir şirkətin isə xalis zərəri 704 min rubl (7,6 min dollar) təşkil edib.
Onu da bildirək ki, Azər Əmiraslanov “Dividend” şirkəti vasitəsi ilə “Villa Anderson” şirkətində 22,4%-lik paya sahibdir. Restoran fəaliyyəti və qida çatdırılması xidmətləri sahəsində fəaliyyət göstərən “Villa Anderson” şirkətinin “Anderson” kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulova ilə əlaqələri olub.
Xatırladaq ki, Anastasiya Tatulova 2020-ci ildə sosial şəbəkə hesabında “Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm” paylaşımı edib. Bundan sonra françayzinq müqaviləsi ilə Bakıda fəaliyyət göstərən “Anderson” kafesi onunla əməkdaşlıqdan imtina edərək fəaliyyətini dayandırıb. Daha sonra Anastasiya Tatulovanın bütün obyektləri Rusiyanın güc strukturları tərəfindən bağlanılıb.
223 dəfə oxundu