Bakıda səhvən xərçəng diaqnozu qoyulan qadın haqda həkim danışdı — VİDEO

Bakıda səhvən xərçəng diaqnozu qoyulan qadın haqda həkim danışdı —


Həkim xəstənin öd yolunda olan qurdu, bədxassəli şişə bənzədib xərçəng diaqnozu qoydu. GUNDEMİNFO.AZ xezerxeber.com-a istinadən bildirir ki, 56 yaşlı xəstə Səidə Mehdiyeva ağrılar səbəbi ilə həkimə müraicət etdikdə onun öd yolunda bədxassəli şişin olduqu bildirilib. Səhv diaqnoz qoyulan xəstənin qohumları hətta əməliyyat üçün Türkiyəyə getməyədə hazırlaşırmışlar. Sonda edilən daha bir müayinə isə xəstənin əsl problemini ortaya çıxarıb.

Qadının öd yolunda aşkarlanan parazit insanlarda nadir hallarda görülsə də, müalicəsi üçün hər hansı əməliyyata yox, bir kurs müalicəyə ehtiyyac var və həmin müalicədə uğurla həyata keçirilib. Həkimin sözlərinə görə isə, dəqiqləşdirmədən xərçəng kimi ağır xəstəlik barədə pasientə və onun qohumlarına yanlış məlumat vermək, onlarda pisixoloji sıxıntı yarada bilər. Bu hal isə digər xəstəliklərin yaranmasına yol açır.

Hüquqşünaslar isə bildirir ki, xəstəyə səhv diaqnozun qoyulması qanunvericilikdə cinayət tərkibli hal kimi nəzərdə tutulmayıb. Amma buna baxmayaraq həkim səhvinə və bundan yaranacaq fəsadlara görə cavab verməlidir. Qanunvericiliyə görə yalnız həkimin səhv diaqnozu və müalicəsi nəticəsində xəstə dünyasını dəyişərsə həkim qarşı cinayət işi açıla və o məsuliyyətə cəlb edilə bilər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...