İsrail polisi Netanyahunun həyat yoldaşını dindirdi

İsrail polisi Netanyahunun həyat yoldaşını dindirdi

İsrailin baş naziri Benjamin Netanyahunun həyat yoldaşı dindirilib. “Qafqazinfo” xəbər verir ki, Sara Netanyahunun sorğusu 10 saatdan çox çəkib. İsrail mətbuatının məlumatlarında qeyd edilir ki, xanım Netanyahu baş nazirə ayrılan iqamətgahın büdcəsini şəxsi mənfəəti üçün istifadə etməkdə ittiham edilir.

İddialara görə, nazirin xanımı Qüdsdəki nazir iqamətgahının hesabına ərzaq məhsulları şifariş edib və ailə şənlikləri üçün özəl aşpaz tutub. Bundan başqa, onun həmin pullar hesabına atasına baxıcı tutduğu, ailə villasında elektrik ustasını istirahət günü işlətdiyi deyilir.

Sara Netanyahunu sorğuya alan polis bildirib ki, baş nazir xanımının Qüdsdəki iqamətgahın bağ mebellərini şəxsi evlərinə köçürtməsi barədə də kifayət qədər sübutlar var. Sara Netanyahu isə ittihamları rədd edərək “Heç nə olmayacaq, çünki heç nə yoxdur”- deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
976 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...