Müsavatın qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət hazırlanıb
Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət hazırlanıb.
Bu barədə APA-ya partiya üzvlüyündən xaric olunmuş Əlövsət Əhədoğlu məlumat verib. O bildirib ki, müraciət ilkin formatda hazırlanıb və ilk növbədə, Müsavat Partiyasının yerləşdiyi Bakı Şəhər Binəqədi Rayon məhkəməsinə müraciət olunacaq ki, qurultayda baş vermiş pozuntular araşdırılsın: “Növbəti addım isə Ədliyyə Nazirliyinin Müsavatın Partiyasının qurultayının nəticələrinin ləğv etməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək olacaq”.
Xatırladaq ki, Müsavatın sonuncu qurultayında başqanlığa namizəd olan Qubad İbadoğlu seçkilərdə məğlub olduqdan sonra partiyadan kənarlaşdırılıb və Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını təsis edib. Onun tərəfdarları isə qurultayın saxtakarlıqla keçirildiyini bəyan edib, nəticələrin ləğv olunması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Ədliyyə Nazirliyi müraciəti araşdıraraq, şikayətçilərə məhkəməyə müraciət etməyi tövsiyə edib.
1024 dəfə oxundu