Mehriban Əliyevanın namizədliyi qeydə alındı

Mehriban Əliyevanın namizədliyi qeydə alındı


Hakim partiya tərəfindən 2015- ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizədliyi irəli sürülən yeddi deputatın namizədliyi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bunlar 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Rauf Əliyev ,14 saylı Xəzər seçki dairəsindən Mehriban Əliyeva, 47 saylı Mingəçevir seçki dairəsindən Aydın Mirzəzadə, 61 saylı Neftçala seçki dairəsindən Arif Rəhimzadə, 64 saylı Sabirabad ikinci seçki dairəsindən Rüstəm Xəlilov, 113 saylı Şəki seçki dairəsindən Yaqub Mahmudov, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılovdur.

Qeyd edək ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1176 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...