Azərbaycanda deputatlığa namizədliyin qeydə alınması müddəti gələn həftə başa çatır

Azərbaycanda deputatlığa namizədliyin qeydə alınması müddəti gələn həftə başa çatır


Azərbaycanda bu il keçiriləcək parlament seçkilərində namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti oktyabrın 2-də başa çatacaq. "Report"un məlumatına görə, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi müddəti səsvermə gününə ən çoxu 50, ən azı isə 30 gün qalmış başa çatmalıdır.

Beşinci çağırış Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə gününə ən azı 20 gün qalmış - oktyabrın 12-dək deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçki dairələri üzrə siyahısı dövri nəşrlərdə dərc ediləcək.

Seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlayacaq, oktyabrın 31-də saat 08:00-da isə dayandırılacaq.
Xatırladaq ki, bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...