Qarabağda qələbənin ən asan yolu- TƏHLİL

Qarabağda qələbənin ən asan yolu-


Rəsmi Bakının Moskva ilə yaxınlaşması Qərb siyasətçilərini narahat edir

Brüssel Azərbaycanda demokratikləşmə və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ikili standartlar tətbiq etməkdən çəkinməlidir. ANS PRESS-in məlumatına görə, bu barədə Berlində yerləşən Avropa Qafqaz - Xəzər Tədqiqatları İnstitutunun rəhbəri Matias Dornfeldt "Vestnik Kavkaza" portalına müsahibəsi zamanı bildirib. Alman politoloq Avropa parlamentinin Azərbaycan üzrə 9 sentyabr 2015-ci il tarixdə qəbul etdiyi qətnaməni sərt tənqid edib: “Bu qətnamə Avropa Birliyi (AB) ilə Azərbaycan arasında münasibətləri korlamaqla yanaşı, bütün Cənubi Qafqazda vəziyyəti gərginləşdirir”. Matias Dornfeldtın fikrincə, AB Azərbaycana qarşı sanksiyalar tətbiq edərsə, əvəzində Avropanın enerji təchizatı üzrə önəmli tərəfdaşını itirəcək: “Sanksiyalar tətbiq edilərsə, rəsmi Bakı müəyyən dərəcədə Qərbdən üz döndərəcək, həmçinin Azərbaycanın bu ədalətsiz addımlardan qorunması üçün tədbirlər görəcək.”

Matias Dornfeldt bununla həm də son günlərdə bir sıra Qərb siyasətçilərinnin Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi barədə etdikləri çağırışlara cavab verib. Məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru Riçard Kozlariçlə “Freedom House” təşkilatının keçmiş başçısı Devid Kramerin Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar olub. “Politico.eu” saytında birgə yazdıqları “Time to get tough on Azerbaijan” (Azərbaycana qarşı sərt siyasətin vaxtı çatıb) başlıqlı məqalədə müəlliflər ABŞ və Avropa Birliyini Azərbaycana qarşı sərt sanksiyalara çaırıblar. Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə, Yunusların və Xədicə İsmayılovanın həbsinə toxunan məqalə müəllifləri bunun əvəzinə ABŞ siyasətçilərnin, xüusilə də ABŞ müdafiə nazirinin müavini Evelin Farkaşın Azərbaycanı strateji tərəfdaş adlandırmasının əleyhinə çıxır. Məqalə “ABŞ və AB birlikdə sözdən əmələ keçməlidir” cümləsi ilə bitir.

Əgər məqalə müəlliflərinin arzusu gerçəkləşərsə və Qərb Azərbaycana qarşı sanksiyalara başlayarsa, rəsmi Bakının Rusiya ilə yaxınlaşmaqdan başqa yolu olmayacaq. Rusiya siyasətçiləri də bunu başa düşür və rəsmi Bakını öz tərəflərinə çəkmək üçün Avropa sanksiyaları qarşısında Azərbaycanı iüdafiə etdiklərini bildirirlər. Məsələn, Moskvada Cümə məscidinin açılışı zamanı LDPR lideri Vladimir Jirinovskinin bəyan edib ki, Qərbdə səslənən bəyantların tam əksinə olaraq, Azərbaycan və onun rəhbərliyi demokratik dövlət quruluşu normalarına riyaət edirlər.

Uzun illər Rusiya parlamentinin yuxarı palatasının rəhbərlərindən biri olmuş, hazırda Dağıstan Respublikasına rəhbərlik edən Ramazan Abdulatipovun fikrincə isə, Avropa Azərbaycanın Rusiya ilə ilıq münasibətlərindən narahatdır: “Prezident İlham Əliyev Rusiya ilə dostluqdan imtina etmir, Vladimir Putinlə çox xoş münasibətlər saxlayır. Bu, Azərbaycanı öz təsir dairələrində saxlamaq istəyən bir çox qərb rəhbərlərini qane etmir”.

Politoloq Qabil Hüseynli Azərbaycanın son illərdə Rusiya ilə münasibətlərinin istiləşməsini məntiqli sayır. “Açıq görünür ki, son illərdə Rusiya ilə strateji əməkdaşlıq münasibətləri yavaş-yavaş müttəfiqliyə çevrilir. Bu məsələdə müəyyən mənada Qərbin də rolu var. Əgər Qərb Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlar tətbiq etməsəydi, təbii ki, rəsmi Bakı Moskvaya tərəf bu qədər meyl etməyə ehtiyac duymazdı”,- deyə Qabil Hüseynli ANS PRESS-ə bildirib.

Politoloqun fikrincə, əgər, Rusiya Dağlıq Qarabağın həlli məsələsinə obyektiv yanaşarsa, Azərbaycanın Moskva ilə əməkdaşlığının dərinləşməsində heç bir problem olmaz. Lakin bununla belə, Qabil Hüseynli Riçard Kozlariç kimi siyasətçilərin çıxışlarına elə də ciddi fikir verməməyə çağırıb: "1994-97-ci illərdə Bakıda səfir olmuş Riçard Kozlariç zaman-zaman müxtəlif çıxışlar edir. Bəzən bu çıxışlar erməni lobbisinin sifarişi ilə olur. Azərbaycan belə çıxışların təsirini azaltmaq üçün Qərbdə lobbiçilik fəaliyyətini gücləndirməlidir. Biz münaqişənin obyektiv həllinə nail olmaq üçün Qərblə də münasibətləri ilıqlaşdırmalıyıq".

Politoloq bu məsələdə haqlıdır. Son illərin təcrübəsi göstərir ki, Rusiya Azərbaycanla münasibətləri nə qədər ilıqlaşdırsa da, bu, Qarabağ münaqişəsinin həlli məsələsində heç bir irəliləyişlə nəticələnmir. Çünki Rusiyanın regionda əsas strateji müttəfiqi olan Ermənistanın rəhbərliyi işğal edilən Azərbaycan ərazilərindən ordunu geri çəkmək məsələsinə heç cür razılıq vermək istəmir. Serj Sarkisyan hakimiyyəti hətta Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmaq istəmir və onları “qanla tutulmuş torpaqlar” adlandırır. Rəsmi İrəvan Kosovo və Krım münaqişələrini presedent tutaraq işğal edilmiş əraziləri Azərbaycandan qoparmaq istəyir.

Təbii ki, Azərbaycan hadisələrin bu istiqamətdə cərəyən etməsinə imkan verməməlidir və buna görə də, balanslı siyasət kursunu davam etdirməlidir. Çünki Azərbaycanın başının üstündə hərlənən Domokl dəyənəyinin iki ucu var. Əgər Bakı Moskvanın tərəfini tutarsa, Kosovo presedenti ilə bağlı zərbəyə tuş gələ bilər. Əgər Azərbaycan Qərbin tərəfinə tam keçərsə, Moskva Qarabağ probleminin də Krım variantı ilə həlli yoluna dəstək verə bilər.

Hər iki variant Qarabağın və işğal olunmuş ərazilərin Azərbaycandan qoparılması deməkdir. Buna görə də Azərbaycan beynəlxalq güclərdən münaqişənin hərb yolu ilə həll yoluna razılıq alana qədər balanslaşmış siyasətini davam etdirməlidir. Bu, rəsmi Bakıya İran da daxil olmaqla regionun ən güclü ordusunu qurmağa da imkan yaradar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...