Şakir Musayevin sələmçi işçisinə məhkəmə qurulur...
Bu günlərdə Azinforum.az-da Məmmədova Kamilə Azad qızı adlı vətəndaşın müraciəti əsasında “MƏHKƏMƏ TİBBİ EKSPERTİZA MƏRKƏZİNİN İŞÇİSİ FAİZƏ PUL VERİR” başlıqlı yazı gedib. Həmin yazıda şikayətçi öz xalası qızları – Ceyran və Xanım Səmədova bacıları tərəfindən şərləndiyini iddia edərək bildirirdi ki, o, həmin bacılardan faizə pul götürərək, iş yoldaşı Abbasova Rəfiqə Nadir qızına verib: “Sonra da onlardan alınan pul faizilə birlikdə artıqlaması ilə qaytarılıb. İndi isə bacılar yalan iddia irəli sürərək mənim onlardan borc aldığımı və qaytarmadığımı deyillər”.
Qeyd edək ki, Abbasova Rəfiqə Nadir qızı da Azinforum.az-a açıqlamasında Ceyran və Xanım bacılarından faizə pul götürdüyünü təsdiqləyib. Azinforum.az bildirir ki, hazırda bu işə Nəsimi rayon məhkəməsində baxılır. Hakim Pərviz Abdullayevin icraatında olan işlə bağlı ilk iclas ötən ayın 29-a keçirilib. Növbəti məhkəmə prosesi oktyabrın 6-na saat 12.00-a təyin edilib. Cavabdeh kimi tanınan tərəfin saytımıza verdiyi məlumata görə, onlar hakimə bacılardan birinin əlyazması ilə faizə pul götürdüyünü təsdiq edən sənədi də təqdim ediblər: “Hesab edirik ki, həmin əlyazmada hər bir detal öz əksini tapıb. Öbyektiv araşdırılsa bizim borc yox, faizə pul götürməmiz tam təsdiq olunacaq”.
Qeyd edək ki, iddianı irəli sürən Səmədova Ceyran Adilxan qızı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində çalışır. Onun Xanım adlı baçısı isə, Qara Qarayev adına uşaq xəstəxanasında tibb baçısı işləyir.
Cavabdeh kimi tanınan Məmmədova Kamilə Azad qızı isə orta məktəblərdən birində müəllimə işləyir.
Yazıda adları çəkilən bütün şəxslərin mövqeyinə yer verməyə hazırıq.
Movzuya qayıdacayıq.
1310 dəfə oxundu