İcra başçısının «ailə konseyi», ərşə dirənən zülm və talanan Tovuz

İcra başçısının «ailə konseyi»,

Tovuz rayonu Tofiq Zeynalovun «ailə konseyi» tərəfindən orta əsrlər qanunları ilə idarə olunur

Seçkilər ərəfəsində Tovuzda sosial vəziyyət hər gün ağırlaşmaqdadır. Vəziyyəti daha çox ağır edən isə Tovuzun icra başçısı Tofiq Zeynalovun vəzifədə olan qohumlarının rayonda sorğusuz-sualsız at oynatmalarıdır.

Bu barədə Tovuzdan AzFakt.com-a daxil olan məlumata görə Tovuzda əhalinin narazılığı son həddədir. Buna səbəb isə vətəndaşların sosial hüquqlarının davamlı olaraq «Zeynalovlar klanı» tərəfindən pozulmasıdır. Hazırda sözün tam mənasında Tovuz rayonu Tofiq Zeynalovun «ailə konseyi» tərəfindən orta əsrlər qanunları ilə idarə olunur. Mənbə bu barədə bildirir ki, hazırda Tovuzda baş alıb gedən istismar və zorakılıq halları doğurdan elə bir səviyyəyə çatıb ki, artıq bıçaq sümüyə dayanıb.

AzFakt.com-u məlumatlandıran mənbənin sözlərinə görə rayondakı irili-xırdalı bütün vəzifələr bu iki şəxsin yaxın qohumları arasında bölüşdürülüb. Ən əsası isə bu «ailə konserni» Tovuzdakı bütün maliyyə mənbələrini öz nəzarətləri altında saxlayırlar. İcra başçısının qohumları əhalini saymır, onlara yuxarıdan aşağı baxır, hətta yerli-yersiz insanları incitməkdən həzz alırlar və bunu gizlətmirlər. Rayonda şikayətlərə baxan isə demək olar ki, yoxdur. 71 yaşlı icra başçısı rayonda nəzarəti tamailə itirib. Hazırkı vəziyyətdə Tovuzda kimin icra başçsı olduğunu heç kim kəsdirə bilmir. Çünki rayonda icra başçsının bir neçə qohumu istədiyini edir. Onlara sorğu-sual edən isə demək olar ki, yoxdur.

Mənbə bildirir ki, vəziyyət bu şəkildə davam edərsə, Tovuzda ciddi etirazların baş verəcəyi istisna olunmur. Çünki rayonda talan, zorakılıq və özbaşınalıq halları baş alıb gedir.

AzFakt.com olaraq biz Tovuzun iri çaplı məmurları barədə kiçik bir araşdırma apardıq. Həmin araşdırmanı insanlıq ibrəti olaraq oxucularımızın diqqətinə cəlb edirik:

Tofiq Zeynalov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı. 71 yaşı var. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. Tofiq Zeynalov Tovuzun ən varlı şəxsi hesab olunur. Təkcə Tovuz rayonunda 5 villası olduğu qeyd olunur. Bundan başqa Bakıda və ölkənin digər turistik bölgələrində çoxlu sayda daşınmaz əmlaka sahib olduğu bildilir. Bakıda və Tovuzda şirkətləri var. Son 5 il müddətində Tovuzun sosial inkişafına ayrılan 70 milyondan artıq vəsaitin bir hissəsinin mənimsənildiyi iddia olunur. Rayondakı bütün vəzifələrə qohumlarını yerləşdirib. Oğlu Qoşqar Zeynalov Baş Dövlət Yol Polisi İdarəsində Texniki Baxış Şöbəsinin müdiri vəzifəsində çalışır. Bakıda çoxlu sayda obyektlərinin olduğu bildirilir.

Mahir Həsənov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini. Tofiq Zeynalovun qudasıdır. Tovuzdakı bütün qaranlıq maliyyə işlərinin arxasında durduğu bildirilir. «Qovlar Təmir Tikinti MMC» qeyri rəsmi sahibidir və Tovuz rayonunda bütün tenderlərin əsas təşkilatçısı, idarə edən şəxsdir. Mahir Həsənov Tofiq Zeynalovun rayondakı bütün maliyyə və qara işlərini birbaşa həyata keçirdiyi qeyd olunur. Son 5 ildə qeyri-rəsmi sahibi olduğu «Qovlar Təmir Tikinti MMC»yə 70 milyon vəsait ayrılıb həmin vəsaitin böyük hissəsinin hara sərf olunduğu bilinmir. Rayon büdcəsindən idarə müəsissələrə ayrılan vəsaitlərin miqdarını, onlardan alınan «faizi» də məhz Mahir Həsənov müəyyənləşdirir. Rayondakı abadlıq, quruculuq işləri üçün büdcə təşkilatlarından və iş adamlarından vəsaitlərin yığılmasına rəhbərliyi də Mahir Həsənov həyata keçirir. Qeyd olunur ki, icra başçısının müavini və qudası demək olar ki, Tovuzda bütün korrupsiya sistemini idarə edən fövqəl bir şəxs hesab olunur. Mahir Həsənovun məzuniyyətini daha çox Avropa ölkələrində keçirdiyi deyilir. Başçı müavinin Avropanın dəbdəbəli şəhərlərini gəzməzini və bahalı kurort mərkəzlərində istirahət etməsi ilə hər zaman öyünür. Tovuzda rayon sakinləri danışır ki, Mahir Həsənov hər il istirahətinə 150-200 min manata qədər xərç çəkir. 71 yaşlı Tofiq Zeynalovun yerinə iddalıdır. Amma Bakıdan onun namizədliyinə isti baxılmadığı bildirilir.

Mübariz Salmanov - Tovuz Maliyya İdarəsinin müdiri, Tofiq Zeynalovun yaxın qohumu. Rayondakı bütün maliyyə maxinasiyalarını məhz Mahir Həsənovla Mübariz Salmanov həyata keçirir. Belə ki, icra başçısının ən yaxın qohumlarından olan idarə rəisi büdcə təşkilatlarına ayrılan vəsaitlərin 12 faizini əvvəlcədən nəqd şəkildə alır. Mübariz Salmanov Tovuzun ən varlı insanları arasında yer aldığı qeyd olunur. Rayona ayrılan büdcə vəsaitlərinin mənimsənilməsi hesabına külli miqdrada var-dövləti sahibi olduğu qeyd olunur. Tovuzda hər kəsin gözünü çıxaran dəbdəbəli imarəti var. Gürcüstanın Batumu şəhərində villası, paytaxt Bakıda isə onlarla evi və obyektlərinin olduğu deyilir.

Rayondakı qaynaqların verdiyi məlumata görə, bu yaxınlarda Maliyyə Nazirliyi tərəfindən Tovuz rayonunda aparılan yoxlamalar rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanovu çətin duruma salıb. İndi o düşdüyü vəziyyətdən necə çıxmağın yollarını axtarır. Məsələ burasındadır ki, Mübariz Salmanov uzun müddət ayrılan büdcə vəsaitlərini sağa-sola xərcləyib dağıtmaqla məşğul olan məmurlara kifayət qədər şərait yaradıb. Bu da səbəbsiz olmayıb. Xüsusilə, kənd icra nümayəndəliklərinə, Gənclər və İdman İdarəsinə, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinə, o cümlədən abadlıq işlərinə ayrılan dövlət vəsaitinin xərclənməsi zamanı böyük israfçılığa yol verilib. Büdcə vəsaitinin təyinatı üzrə düzgün xərclənməsi təmin edilməyib və yol verilən saxtakarlıqlara göz yumulub. Təbii ki, M. Salmanov həmin əməliyyatlar zamanı öz şəxsi maraqlarını hər şeydən üstün tutub.

Elman Məmmədov - 25 saylı Yol İstismar İdarəsinin müdiri. İcra başçısı Tofiq Zeynalovun uzaq qohumu və ən yaxın adamlarından biri olduğu deyilir. Əslində Elman Məmmədov icra başçısı ilə qudasına məxsus «Qovlar Təmir Tikinti MMC»nin işçisi kimi fəaliyyət göstərir.Yəni adı çəkilən şirkətin görüdüyü bütün işlərdə 25 saylı Yol İstismar idarəsi köməkçi funksiyasını həyata keçirir. İdarənin bütün texnikaları, avadanlıqları işçiləri «Qovlar Təmir Tikinti MMC»nin gördüyü işlərdə istifadə olunur. Şirkətin çəkdiyi yolları isə 25 saylı Yol İstismar İdarəsi təhvil alır. Bi isə o deməkdir ki, idarə müdiri icra başçısı və müavinin milyonluq yol maxinasiyalarında əsas iştirakçılarındna biridir. İdarə müdirinin Tovuzda, Bakıda evlərinin olduğu, Göygölün mənzərələi yerində isə villa tikdirdiyi deyilir.

Nəsrəddin Aslanov - Suvarma Sistemləri İdarəsinin müdiri. Bascinin yaxın adamlarından biri. Bundan öncəki idarə müdiri Namiq Əliyevdə icra bascisi Tofiq Zeynalovun ən yaxın adamlarındna biri olub. İcra bascisi Namiq Əliyevin vaxtında dövlətdən ayrılan yüz min mantalarla vəsaiti idarə müdiri ilə birlikdə mənimsədiyi bildirilir. 2013-cü ildə Namiq Əliyevlə bağlı Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsinə edilən şikayətdən sonra, qurum idarədə yoxlama aparıb və idarə müdirinin kabinetində külli miqdarda vəsait, plastik pul kartları aşkarlanıb.İdarədə aparılan yoxlamda isə dövlət büdcəsindən ayrılan yüz min manatalrla vəsaitin müxtəlif işlərin görülməsi adı ilə silinərək mənimsənildiyi üzə çıxıb. Prokurorluğun apardığı əməliyyatdan sonra idarə müdiri həbs olunub. Tofiq Zeynalov o zaman nə qədər çalışsa da, Namiq Əliyevi xilas edə bilməyib. Onun yerinə Nəsrəddin Aslanov gətirilib və eyni korrupsiya əməlləri yenə də davam etdirilib. Rayon Suvarma Sistemləri İdarəsinin həyata keçirtdiyi maxinasiyalaırn say-hesabı isə bilinmir. Belə ki, vətəndaşlardan yığılan su pulunun müxtəlif işlərin görülməsi adı altında silinərək mənimsənilməsi, həmçinin dövlətdən ayrılan külli miqdarda vəsaitlərin çay yataqlarının təmizlənməsi, bəndlərin bərkidilməsi, texinkaların təmiri, tikinti matreallarının alınması və sair işlər adı altınd asilinərək mənimsənildiyi deyilir.

Rəşid Həsənov - Rayon Memarlıq və Tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri. Rayonda tikilən hər şey üçün rüşvət aldığı iddia olunur. Torpaq sahələrinin satışını da həyata keçirən şöbə müdirinin aylıq gəlirinin yüzlərlə aclığa məhkum edilən Hüseynovlar ailəsini dolandırmağa yetdiyi söylənilir. Bakıda bir neçə evi olduğu qeyd olunur. Tovuzda çoxlu sayda obyektlərinin olduğu bildirilir.

Aydın Qasımov - Rayon Mədəniyyət və Turizm Şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı. Aydın Qasımovun rəhbərlik etdiyi şöbə əsasnə pul silmək üçün istifadə olunur. Adı olub, özü olmayan klublara hər il dövlət külli miqdarda vəsait ayırır. Həmin vəsaitin isə böyük hissəsi mənimsənilir. Şöbədə çoxlu sayda «ölü can» saxlanılır və onların maaşı da birbaşa şöbə müdiri tərəfindən mənimsənilir. Rayonun varlı-hallı adamlarından biri olduğu qeyd olunur.

Arif Səmədov - 25 saylı TSEK-in sədri. İcra başçısının qohumudur. Tofiq Zeynalovun onu öz yerinə gətirmək istədiyi bildilir. Son zamanlar bu sahədə ciddi çalışmalar aparıldığı qeyd olunur. TSEK sədri olmasına baxmayaraq rayonun ən varlı məmurlarından biri hesab olunur. Çoxlu sayda obyektlərinin olduğu söylənilir. Heç bir əlilə rüşvətsiz sənəd vermədiyi Tovuzda hər kəsin dilindədir.

Paşa Muradov - Tovuz Mərkəzi Xəstəxanasının baş həkimi. İcra başçısının əsas gəlir mənbəlrindən biri. Dövlətin ayırdığı dərman və tibbi ləvazimatların demək olar ki, 90-faizi mənimsənilir. Xəstələrə pulsuz baxmağı heç bir tibb işçisi ağılının ucundan belə keçirmir. Hamısı da baş həkimə «aylıq» verirlər. Var-dövləti hər ay ondan arıtq imkansız ailənin problemlərini həll etməyə yetərlidir. Bakıda çoxlu sayda ev aldığı qeyd olunur. Əsasən pulun daşınmaz əmlakda saxladığı bildilir.

Validə Hüseynova - Tovuz Təhsil şöbəsinin müdiri. Rayonun əsas korrupsiya mərkəzlərindən biri. Aylıq gəliri onlarla Hüseynovlar ailəsinin heç bir ehtiyac duymadan yaşamasına yetərlidir.

Elmir Quliyev - Tovus ƏSMM müdiri. Heç kimə «hörmətsiz» sosial yardım ayrılmasına qapı açmaz. Kifayət qədər varlı adam olduğu qeyd olunur. Təbii ki, bu var dövləti imkansız ailələrin boğazından son tikəni çıxarmaqla əldə edib.

Yaşar Ibrahimov - Rayon Telekommunikasiya qovsağının rəisi, icra başcısının əmisi qızının əri. Aylıq gəliri 100-dən artıq orta səviyəli qazanan ailənin gəlirindən çoxdur.

Hörmətli oxucular, bir müddət əvvəl dövrü mətbuatda Tovuzun Yuxarı Öysüzlü kəndində acından ölmək həddində olan, anası və özü əlil olan və cəmi 150 manata yaşamaq zorunda qalan, iş qabiliyyətləri olmayan Hüseynovlar ailəsinin ürək parçalayan hekayəsi yayımlandı. Qeyd edək ki, şikayətçi Nicat Hüseynov II qrup əlildir. Mənşəyi bilinməyən endokrin piylənmədən əziyyət çəkir. Xəstəliyi anadangəlmədir. Nicat Hüseynov sutkalarla ac qaldıqlarını və Tovuz rayon İcra Hakimiyyətinin onlara qarşı laqeyd davranmasından şikayətlənərək bildirirdi ki, sutkalarla ac qalırlar və müəalicə almaq üçün pulları yoxdur. Ən maraqlısı isə Tovuz Rayon İcra Hakimiyyətinin ortaya qoyducu mövqe olmuşdu. Açığı bu mövqeyi maraqlı yox, Azərbaycan dövləti adına faciəvi durum olaraq dəyərləndirlməlidir. Tovuz Rayon İcra Hakimiyyətinin mövqeyini oxucularımızın diqqətinə çatdırırq:

«Nicat Hüseynov aradabir quruma müraciət edir. İşçilər ona əllərindən gələn az-çox yardım göstərməyə çalışırlar. Ancaq ailənin bütövlüklə xərclərini üzərinə götürmək qurumun imkanları xaricindədir. Bizdə belə bir fond yoxdur ki, rayon ərazisində yaşayanları ərzaqla, qidayla, geyimlə təmin edək. Büdcədən belə xərclərə pul ayrılmır. Bununla vətəndaşın yaşadığı ərazi üzrə bələdiyyə məşğul olmalıdır. Bizim əlimizdən gələn odur ki, əlil adamdır, gələndə 5-10 manat çörəkpulu verək, yola salaq».

Bu mövqeyi hardasa başa düşmək olardı. Amma Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun, rayonun idarə və müəssisə rəhbərlərinin və başçının qohumlarının Tovuzdan taladıqları milyonlar olmasaydı. İcra başçısının, idarə və müəssisə rəhbərlərinin və başçının qohumlarının hər birinin bir günlük yeyib-içmək xərcləri həmin əlil ana və oğulun bir neçə aylıq aclıq çəkmədən yaşaması üçün kifayət edər.

Hörmətli oxucularımız. Gördyümüz kimi Tovuzun «harın» məmurları isətəsələr yüzlərlə və hətta minlərlə əlil və imkansız ailələrin ehtiyac görmədən yaşamasını təmin edə bilərlər. Onu da nəzərə almaq lazımdır ki, həmin ailələr ona görə imkansızdırlar ki, məhz Tofiq Zeynalovun klanı onlara çatacaq vəsaitləri mənimsəyirlər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...