“Kişi elədiklərini deməz” - YAP-ın siyahısına salınmayan deputat

“Kişi elədiklərini deməz” -


121 saylı Laçın seçki dairəsinin hazırki deputatı Nazim Fərəcov budəfəki seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısına salınmadı. Sumqayıt şəhər İcra Hakimiyyətinnin yeni başçısı Zakir Fərəcovun deputat qardaşının hakim partiya tərəfindən budəfəki seçkilərdən kənarda saxlanması çoxlarına təəccüblü gəldi.

Nazim Fərəcov YAP-ın yenidən onu deputatlığa namizəd irəli sürməməsi və bundan sonrakı işləri ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

- Nazim müəllim, YAP tərəfindən deputatlığa namizədliyiniz irəli sürülmədi. Bundan sonra nə işlə məşğul olmağı düşünürsünüz?

- Yeni Azərbaycan Partiyasından başqa bir şəxsin deputatlığa namizədliyi irəli sürülüb. Ona görə də hansı vəzifə, ya da iş veriləcəksə, biz də o işi davam etdirəcəyik. Nə məsləhət bilsələr, onu da edəcəyəm.

Biz hamımız cənab prezidentin əsgərləriyik. Yeni Azərbaycan Partiyası nə məsləhət görsə, hansı işlə təmin etsə, qəbulumdur. Bundan sonra dövlətdə mənə nə iş həvalə olunsa o işdə də çalışacağam. Başqa nə iş olmalıdır ki?! Biz dövlətə qulluq edən insanlarıq. Yeni Azərbaycan Partiyasının sıravi nümayəndəsiyik. Hansı qərarı versələr, o qərarı qəbul edib işləyəcəyik.

-Demək olarmı ki, Nazim Fərəcov deputatlıq işindən yorulub?

- Xeyr. Deputatlıq fəaliyyətindən qətiyyən yorulmamışam. Partiyanın məsləhətinə tabe olan adamam. Həmin yolla da gedəcəm.

- Bəs deputatlıq fəaliyyətiniz necə qiymətləndirirsiniz?

- Ötən 5 il ərzində seçicilərimə nə dərəcədə qulluq edə bildiyimi bunu onlar daha yaxşı bilər. Yaxşı və yaxud da pis deputat olduğumu, onların tələblərini nə dərəcədə yerinə yetirə bilib-bilmədiyimi ancaq seçicilər deyə bilər. Mən heç nə deyə bilmərəm. Həmçinin, kişi elədiklərini deməməlidir.

- Növbəti 5 ildə seçiləcək olan şəxs Laçın rayonunun deputatı olacaq. Yeni seçiləcək deputata hansı tövsiyəni vermək istərdiniz?

- Seçicilərimə hansı formada xidmət etmişəmsə, deputat olacaq şəxsə də onu arzulayıram. Ən azından həmin xidmətin 50%-ni yerinə yetirməyi arzulayıram.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...