Diqqətli olun! Bakıda zəhərli dönərlər satılır

Diqqətli olun!


Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti Xidməti əməkdaşları paytaxt dönərxanalarında reydlərə başlayıblar.

Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, reydlər zamanı qanunsuz fəaliyyət göstərən, sanitariya qaydalarını kobud pozan, toz-torpaqlı yerlərdə fast-food, dönər kimi qida məhsullarının satışının qarşısı alınacaq.

“Öncədən həmin yerlər müəyyən ediləcək. Mövcud nöqsanların aradan qaldırılması ilə bağlı onlara göstərişlər veriləcək. Əgər problemlərin aradan qaldırılması mümkün olmasa, həmin obyektlər qeyd-şərtsiz bağlanacaq”, - deyə İmran Abdullayev bildirib.

Qurum rəsmisi bildirib ki, toyuq ətindən hazırlanmış dönər qadağası hələ də öz qüvvəsindədir. Onun sözlərinə görə, bu qadağanın aradan qaldırılması ilə bağlı çoxlu müraciətlər daxil olub.

“Toyuq ətində infeksiyalaşma daha tez getdiyi üçün ondan dönər hazırlanması qadağandır. Bu qadağanın aradan qaldırılması üçün müraciətlər çox olsa da, hələlik həmin qadağanan aradan qaldırılması məsələsi gündəmdə deyil. Sanitariya qaydalarına tam şəkildə riayət olunarsa, ola bilər ki, həmin qadağa aradan qaldırılsın”, - deyə İ.Abdullayev bildirib.

Qurum rəsmisi bildirib ki, bu ay keçirilən reydlər zamanı paytaxtda 4 dönərxana bağlanıb: “Demək olar ki, dönərxanaların hamısında nöqsanlar var. İmkan daxilində həmin sahədə problemlər aradan qaldırılacaq”.

İmran Abdullayev onu da əlavə edib ki, Avropa Oyunları yay ayına təsadüf etdiyi üçün sərinləşdirici içkilər və dondurmaya olan təlabat da artacaq. Onun sözlərinə görə, tələb artdığı üçün bu sahədə yarana biləcək qüsurların aradan qaldırılması üçün reydlərə başlanılıb.

“Su, sərinləşdirici içki, dondurma satan və istehsal edən obyektlərlə bağlı reydlər keçiriləcək. Yollarda bulka, peraşki və digər qida məhsullarının satışı da qadağandır. Buna da imkan yaradılmayacaq”, - deyə İmran Abdullayev vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...