Pirverdiyev maaş vədi verdi: "Gələn həftə olacaq"

Pirverdiyev maaş vədi verdi:

"Azərenerji" ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar. Bunu "Report"a "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib. Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyi tək bizdə deyil, hamıda var. Gələn həftə bütün əməkhaqları tam ödəniləcək". Qeyd edək ki, "Azərenerji"nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...