“Azərbaycan futbolu çətin inkişaf yoluna qədəm qoyub”

“Azərbaycan futbolu çətin inkişaf yoluna qədəm qoyub”


“Azərbaycan futbolda çətin inkişaf yoluna qədəm qoyan ölkədi. İnsanlar bu vaxta qədər əldə olunandan daha artığını tələb edirlər”

Piasport.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Bolqarıstan mətbuatına danışan xorvatiyalı çalışdırıcı Azərbaycan futbolunda potensialın olduğunu qeyd edib: “Azərbaycan futbolu inkişafdadı. Ən əsası odu ki, potensial var. İnfrastruktur cəhətdən də çox iş görülür. Bu mənim üçün bir yenilik idi və tərəddüd etmədən Azərbaycan yığmasından gələn təklifi qəbul etdim”.

Komandasının Avro-2016-nın seçmə mərhələsindəki çıxışını dəyərləndirən Prosineçki Bolqarıstanla görüşdə zəif təsir bağışladıqlarını etiraf edib: “Seçmə mərhələdə rəhbərliyim altında keçirdiyimiz ilk 4 oyunda yaxşı təsir bağışladıq. Son 2 matçda isə məğlubiyyətlə üzləşdik. Sofiyada uduzduğumuz matçda, ümumiyyətlə, pis oyun nümayiş etdirdik”.

Qeyd edək ki, Azərbaycan millisi Avro-2016-nın seçmə mərhələsini 6 xalla 5-ci pillədə bitirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...