Azərbaycanlı bir yumruğa rusu öldürdü

Azərbaycanlı bir yumruğa rusu öldürdü


Mübahisənin hansı səbəbdən düşdüyü və hadisənin motivi bəlli deyil.Rusiyanın Kostroma vilayətinin Qaliç şəhərində polis adam öldürməkdə günahlandırılan azərbaycanlını saxlayıb. ANS PRESS-in məlumatına görə, azərbaycanlı mağazada alıcını öldürməkdə ittiham olunur.

Qətl hadisəsi oktyabrın 24-də axşam Qaliç şəhərində mağazalardan birində iki yad insanın arasında düşən mübahisədən sonra baş verib. Tərəflər mağazada düşən mübahisəni çöldə davam etdirib. Azərbaycanlının vurduğu bir yumruqla 29 yaşlı kişi özünə gəlmədən təcili yardım maşınında keçinib. Mübahisənin hansı səbəbdən düşdüyü və hadisənin motivi bəlli deyil. Azərbaycanlının rəqibinin başına vurduğu bir yumruq zərbəsi onun həyatına son qoyub.
Rusiyanın Kostroma vilayəti üzrə Qaliç istintaq bölməsi hadisə ilə bağlı cinayət işinə başlayıb. Qatil bu gün saxlanılıb. Azərbaycanlının adı və yaşı açıqlanmayıb.
"Hadisənin və ya mübahisənin nədən başladığı hələ bəlli deyil. Hazırda istintaq aparılır. Şahidlər və saxlanılan şəxs dindirildikdən sonra bütün suallara aydınlıq gətiriləcək. Yalnız bəlli olan odur ki, qatil rəqibini bir zərbəylə öldürüb", - deyə işi aparan müstəntiq bildirib.

Soydaşımızın günahı subut olunarsa, Rusiya qanunları ilə onu 7 ildən 10 ilədək həbs cəzası gözləyir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...