“İŞİD bizi təhdid etmir, əsl təhlükə İrandır” - Vaşinqtondan açıqlama

“İŞİD bizi təhdid etmir, əsl təhlükə İrandır” -


İsrailin müdafiə naziri Moşe Yalon ABŞ-ın paytaxtı Vaşinqtonda amerikalı həmkarı Eşton Karterlə görüşdən sonra keçirilən mətbuat konfransında İrana qarşı sərt ittihamlar səsləndirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Moşe Yalon İŞİD terror təşkilatının İsraili təhdid etmədiyini, əsl təhlükənin İran olduğunu söyləyib.

İsrail müdafiə nazirinin sözlərinə görə, Təl-Əvivin Suriya ilə əlaqədar əsas narahatlığı İranın dəstəklədiyi “Hizbullah”ın Colan təpələrindən İsrailə qarşı cəbhə açmağa cəhd göstərməsidir. Qəzzada və Misirin Sina yarımadasında İŞİD üzvlərinin olduğunu deyən Yalon bildirib ki, İŞİD-in İsraili təhdid etməməsinin səbəbi təşkilatın yeni bir cəbhə açmaqdan qaçması ilə bağlıdır. “İsrailin əsas narahatlığı İranın dəstəklədiyi təşkilatlardır”, - Yalon deyib.

ABŞ-ın müdafiə naziri Eşton Karter isə İsrailin təhlükəsizliyini təmin etmək üçün yeni yollar axtarmaqda davam etdiklərini söyləyib. İki ölkə arasındakı F-35 təyyarələri mövzusundakı əməkdaşlığa işarə edən yeni nəsil döyüş təyyarələrinin ABŞ və İsrail hava qüvvələrinin gələcəyi olduğunu vurğulayıb. O, İsrailin gələn il bölgədə F-35 qırıcılarına sahib ilk ölkə olacağını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...