“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı
Vətən müharibəsi dövründə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirdi. Bu sırada hakimiyyətə radikal mövqeyi ilə seçilən müxalifət liderlərindən tutmuş xaricdə mühacir həyatı yaşayan narazı blogerlər də yer alırdı. Bunların fonunda müharibəyə qədər “məhsuldarlığ”ı ilə seçilən AMEA prezidenti Ramiz Mehdiyevin 44 günlük sükutu isə təbii olaraq diqqətdən yayınmadı. Akademiyanın saytında hətta məişət mövzularına da yer verən qocaman akademikin müharibə dövründə səssiz qalması çoxsaylı suallar doğurdu.
Maraqlıdır, Mehdiyev niyə Azərbaycan Ordusu ilə həmrəy olduğunu göstərmədi?
Ana Vətən Partiyasının sədri, Milli Məclis deputatı Fəzail Ağamalı Yenisabah.az-a açıqlamasında Ramiz Mehdiyevin Vətən müharibəsi zamanı səssiz qalmasının təəssüf doğurduğunu deyib:
“Düzü, mən Ramiz Mehdiyev mövzusuna bir də qayıtmaq istəmirəm. Çünki o, artıq mənim düşüncələrimdə yer almır. Onun haqqında lazımi fikirləri 2001-ci ildən bəri söyləməkdə davam edirəm. Mehdiyev Vətən müharibəsi zamanı movqeyini bildirmədi və bir daha özünün kim olduğunu ortalığa qoydu. Müzəffər Azərbaycan Ordusu onun həyat yoldaşının da məxsus olduğu erməniliyə qarşı Zəfər yürüşü keçirir, onlara qan uddurur”.
Millət vəkili vurğulayıb ki, Mehdiyev 200 ildən üzübəri gəlib Azərbaycanın torpaqlarını işğal edən, bizə yağı düşmən kəsilən, ailəmizin, mətbəximizin içinə girib erməniliyə xidmət edən düşüncə sahiblərinin içərisində yer alıb:
“Onun evində erməni var. O, bundan cəsarət tapır. Azərbaycanın müzəffər ordusunun ermənilərə qarşı apardığı Zəfər yürüşünə münasibət bildirə bilməzdi. Əgər Mehdiyev ordumuzun, Ali Baş Komandanın yanında olsaydı, arvadı ona divan tutardı! Əgər ermənilərin yanında olub o aspektdən münasibət bildirsəydi, Azərbaycan xalqı ona divan tutardı. Ona görə də susmağa üstünlük verdi”.
585 dəfə oxundu