Prezident üç nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verdi

Prezident üç nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.

“Gundeminfo” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:

Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...