Mozaik panolardan hazırlanan qeyri-adi muzey - VİDEO

Mozaik panolardan hazırlanan qeyri-adi muzey -

Xaçmaz rayonunun Çaykənarı kəndində bir evin divarlarını 100-ə yaxın mozaik panolar bəzəyir. Bütün bu əl işləri Xaçmaz rayonunun Çaykənarı kənd sakini Qərib Aşkariyə məxsusdur.

Baku TV xəbər verir ki, o, bu panoları yaratmaq üçün kafel, metlax, şüşə qırıntıları, həmçinin sement, qum kimi adi tikinti materiallarından istifadə edib. Panonun hazırlanması bəzən bir neçə ay vaxt aparır.

Hazırda o, Vətən müharibəsində qələbəyə həsr edilən “Qarabağ Azərbaycandır” stendini yaradıb. Bir çoxları Azərbaycanın xəritəsini qartala bənzətsə də sənətkarmız öz əsərində bunu fərqli nümayiş etdirir.

Qərib Aşkari həmçinin 22 il bundan öncə yaratdığı, amma adını qeyd etmədiyi bir sənət əsərini də böyük qələbəmizdən sonra tamamlayıb. Belə ki, o, illər öncə həyətinin divarında Xudafərin körpüsünün kiçik modelini yaradıb, lakin adını qeyd etməyib. Xudafərin körpüsünün azadlığa qovuşacağı günü gözləyib.

Azərbaycan dili və ədəbiyyat müəllimi olan Qərib Aşkarinin daha bir arzusu isə yaxın vaxtlarda həyətinin divarlarında şəhidlərimizə həsr olunan yeni mozaik panolar hazırlamaqdır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...