“Qarabağ Dirçəliş Fondu” nə iş görəcək? – Vüqar Bayramov
"Qarabağ Dirçəliş Fondu"nun yaradılması Qarabağda bərpa və yenidənqurma işlərinin daha intensiv şəkildə həyata keçirilməsinə imkan verəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlı deyib. O bildirib ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş torpaqların bərpası və yenidən qurulması üçün 2,2 milyard manat ayrılıb:
"Dövlət büdcəsindən bu istiqamətə vəsaitin ayrılması ilə yanaşı, eyni zamanda digər mənbələrdən sərmayənin cəlb edilməsi əsas hədəflərdən biridir. Xüsusən də nəzərə alsaq ki, həm yerli özəl, həm xarici sərmayənin cəlb edilməsi imkanları var, eyni zamanda dövlət özəl tərəfdaşlığın gücləndirilməsi olduqca vacibdir. Bu istiqamətdə fəaliyyətin sistemli şəkildə həyata keçirilməsi vacibdir. Bu baxımdan fondun yaradılması bir tərəfdən yenidənqurma işlərinin intensivliyinə müsbət təsir göstərməklə yanaşı, fərqli mənbələrdən sərmayənin və vəsaitlərin cəlb edilməsi imkanı da yaradacaq. Bu da təbii ki, işğaldan azad olunmuş ərazilərimizə daha çox sərmayənin yönəldilməsinə gətirib çıxardacaq. Və bundan əlavə bərpa və yenidənqurma fəaliyyətlərinə maliyyə dəstəyini gücləndirəcək".
Vüqar Bayramov qeyd edib ki, bu, eyni zamanda özəl sektorun bərpa prosesinə daha yaxından cəlb edilməsinə imkan yaradacaq:
"Çünki fondun əsas fəaliyyətlərindən biri dövlət özəl tərəfdaşlığının gücləndirilməsi ilə bağlıdır. Bu da imkan verəcək ki, özəl sektor işğaldan azad edilən ərazilərimizin bərpasında fəal iştirak etsin. Tərəfdaşlıq məsələsində yenidənqurma işlərinin sürətləndirilməsi və təbii ki, uzun müddət səbirsizliklə ata-baba yurdlarına qayıtmağı gözləyən məcburi köçkünlərimizin daha qısa zamanda öz rayonlarına qayıtmasını təmin etsin".
Qeyd edək ki, Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
550 dəfə oxundu