Elnarə müğənni həmkarlarına səsləndi: “Həddimizi aşmayaq!“
“Əlbəttə, Zəfər bayramı münasibətilə hər kəs qol götürüb oynadı. Çünki biz bunu da qazanmışdıq, bunun həsrəti ilə 30 il yandıq-yaxıldıq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb.
Sənətəçi son günlər tez-tez qalmaqala səbəb olan bayram qeyd etmək məsələsinə münasibət bildirib. O, bəzi həmkarlarına səslənərək həddi aşmamağı məsləhət görüb:
“Buna görə şəhidlərimiz canlarından keçdilər ki, biz sevincimizdən ağlayaq. Onların əziyyətini də yerə vurmaq olmaz. Əlbəttə, bu savaş bizə həmrəy olmağı öyrətdi, lazım gələndə bir yumruq kimi birləşdik və həmrəylik günümüzü də vətənpərvərlik ruhunda hamımız qeyd etdik. Sizdən bir xahişim olacaq, nə olar, gəlin bu həmrəyliyimizi bir-birimizə çox görməyək. Həyat çox fani və qısadır, bizim bir düşmənimiz var. Bir-birimizin qədrini bilək və özümüzə yersiz düşmən kəsilməyək. Onsuz da kimin tutumu nədirsə odur, ondan artıq heç nə ummaq və gözləmək olmaz. Hər şeyin həddi olmalıdır. Bayram etməyin də, yas tutmağın da. Bir şeyi hər birimizdən xahiş edəcəm: həddimizi aşmayaq".
521 dəfə oxundu