Deputat gözləri tutulan qaziyə görə MÜRACİƏT ETDİ

Deputat gözləri tutulan qaziyə görə
Milli Məclisin deputatı Ceyhun Məmmədov Vətən Mügaribəsində könüllü iştirak edən, Suqovuşan istiqamətində minaya düşərək, iki gözünü və bir ayağını itirən qazi Xalid Gülməmmədovla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) rəsmi müraciət edib.

Modern.az-ın məlumatına görə, Xalid Gülməmmədovun gözlərinin açılması üçün tələb olunan əməlyyat yalnız xaricdə mümkündür. Bu əməliyyatı həyata keçirmək üçün isə böyük məbləğdə vəsaitə ehtiyac var.

“Xalidin İkinci Qarabağ savaşına qoşularkən bir arzusu var idi: işğal altında olan torpaqlarımızın azad olunması. Arzusuna çatdı. İndi o sevinir ki, torpaqların azad olunmasında onun da əməyi var. Xalidin indi tək istəyi var: Uğrunda vuruşduğu torpaqları öz gözləriylə görmək!

Dünən Xalid Gülmməmədova mümkün köməkliyin göstərilməsi məqsədilə müvafiq urumlara meraciət etdik”,-deyə deputat C.Məmmədov bildirib.

Onun sözlərinə görə, bu günə kimi dövlət qurumları Xalid Gülməmmədovdan diqqət və qayğılarını əsirgəməyib.

“Əminik ki, müraciət etdiyimiz qurumlar Xalid Gülməmmədovla bağlı qaldırdığımız məsələyə həssas yanaşaraq, onun əməliyyatına mümkün dəstəyi göstərəcəklər.

Bir daha hər kəsi Qazimiz Xalid Gülməmmədova dəstək olmağa çağırırıq. İnanırıq ki, birlikdə bu işin də öhdəsindən gələcəyik. Biz birlikdə güclüyük!”

Xalid Gülməmmədov 11 noyabr tarixində Suqovuşan istiqamətində minaya düşərək iki gözünü və bir ayağını itirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...