“Əyilib sağ əlimlə yerdən qolumu götürdüm və uzaqlaşdım”
Elşən Mustafayev 44 günlük Vətən müharibəsinin qalib döyüşçülərindəndir. 1978-ci ildə Zəngilan rayonunda anadan olub. Hələ uşaq ikən doğma torpaqları düşmən tərəfindən işğal olunub, o, ailəsilə birgə Bakıya köçməli olub. Amma o torpaqlara qayıtmaq arzusu Elşəni bir an da olsun tərk etməyib. Elə bu arzu ilə də Vətən müharibəsinə yollanıb.
Komandiri olduğu taqımla birlikdə düşməndən qisasını alıb. Bir aya yaxın qəhrəmancasına döyüşsə də, aldığı ağır yara döyüş bitməmiş onu ön cəbhədən uzaqlaşdırıb. Müharibədə qolu qopan qazi qopmuş qolunu əlinə alıb döyüş meydanını tərk edib. Müharibə dəhşətlərini heç bir film onun danışdığı qədər real əks etdirmir…
“Qafqazinfo” İkinci Qarabağ müharibəsi qazisindən döyüş xatirələrini öyrənib.
Qazinin sözlərinə görə, Zəngilanda başladığı təhsilini Bakıda tamamlayıb. Daha sonra Kənd Təsərrüfatı Akademiyasına daxil olub. Bu ali məktəbdə hərbi kafedra olduğu üçün uğurla imtahan verərək leytenant rütbəsi alıb. Hərbi xidmətdə isə baş leytenant rütbəsinə yüksəlib. Aprel döyüşləri zamanı təlimlərdə iştirak edən Elşən Mustafayev Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanıb.
“Sentyabrın 29-u hərbi xidmətə çağırıldım. Cəbrayıl rayonunun Daşkəsən kəndi və digər yüksəkliklər uğrunda döyüşlərdə olmuşam. Ondan sonra Füzuli rayonu uğrunda döyüşlərə başlamışıq. Füzulinin Kürdlər kəndində, Qarğabazarı deyilən ərazidə döyüşlərdə iştirak etmişəm. Oktyabrın 24-də səhər saat 10-11 olardı. Minaatan mərmisi məndən təxminən 1,5-2 metr məsafəyə düşdü. Yaralandım, qolum qırılıb yerə düşmüşdü…”
Qazi yerə düşmüş qolunu götürüb döyüş meydanından çıxıb: “Mərmi düşəndə uzanmışdım. Ayağa qalxanda gördüm ki, dumanın içərisindəyəm. Özümü pis hiss etdim. Sağ əlimdə silah var idi, amma sol əlim boş idi. İstədim sol əlimi yerdəki maneəyə söykəyib dayanım. Əlimi uzatdım, gördüm əl getmir. Hərbi formanın içərisində əl sallanırdı. Özüm ayaq üstə idim, amma əlim yerə dəyirdi. Sonra qan axdığını və dəhşətli ağrıların başladığını hiss etdim. Əyilib sağ əlimlə yerdən qolumu götürdüm və uzaqlaşdım. Bir az gedəndən sonra gözlərim qaraldı, gördüm yeriyə bilmirəm. Yerə oturdum. Həmin vaxt döyüş yoldaşlarım uzaqdan məni görüb köməyə gəlmişdilər”.
Döyüşçü deyir ki, onu təxminən Hadrut-Füzuli yoluna qədər qolundan tutaraq aparıblar. Oradan bir avtomobillə Daşkəsəndə səhra hospitalına çatdırılıb. Həmin hospitala çatanda saat yarım vaxt keçdiyindən qan itkisindən huşunu itirib.
“Səhra hospitalına çatanda çox pis vəziyyətdə idim. Üstəgəl də yolda susamışdım və əsgərlər də mənə su vermişdilər. Əslində su içmək olmazdı və qanaxma bir az da güclənmişdi. Elə bilmişdilər ki, şəhid olmuşam. Amma qan vurulandan sonra özümə gəldim. Əvvəlcə Füzuli rayon Xəstəxanasına, oradan da Bakıdakı Hərbi Hospitala gətirdilər. İndiyə qədər 7 dəfə əməliyyat keçirmişəm. Qolumun əzələ-damar, sinir sistemi tamamilə qırılmışdı, hamısı tikilib. Əzələ sistemi belimdən və qoltuq altından kəsilib birləşdirilib. Damarlar ayaqlarımdan, sümük çanaq sümüyündən götürülərək köçürülüb. Hələ ki qolumu ancaq çiyindən hərəkət etdirə bilirəm. Həkimlər deyir ki, uzun zaman fizioterapiya nəticəsində qolumu tamamilə hərəkət etdirə biləcəyəm”.
Qarabağ qazisi deyir ki, döyüşlə bütün əsgərlərin ancaq bir amalı var idi, torpaqlarımız azad olunsun. Hər kəsin döyüş ruhu o qədər yüksək olub ki, heç fikirləşmədən torpaq uğrunda canlarından belə keçməyə hazır olublar.
“Mən Zəngilanın Yuxarı Yeməzli kəndində anadan olmuşam. Çox istəyərdim ki, Qubadlı, Zəngilan istiqamətində də döyüşlərə gedim. Təəssüf ki, ora gedib çıxa bilmədim. Amma sağ olsun silahdaşlarım, o əraziləri də düşməndən azad etdilər. Bu döyüşlərdə öz bölüyümüzdən də şəhidlər oldu. Bütün şəhidləriməzə rəhmət diləyirəm. Yaralılara, qazilərə can sağlığı arzu edirəm”.
Qəhraman komandir 2 ay 15 gündür ki, müalicə aldığı xəstəxanadan çıxıb evə gedəcəyi günü səbirsizliklə gözləyir. Deyir ki, sağalandan sonra işğaldan azad olunan bütün torpaqları ailəsilə birlikdə qarış-qarış gəzəcək.
565 dəfə oxundu