Yerevanda növbəti təxribata hazırlıq - Qarabağa əsgər göndərilir - Video

Yerevanda növbəti təxribata hazırlıq -


Ermənistan rəhbərliyinin 10 noyabr Bəyanatına məhəl qoymayan daha bir şok addımı üzə çıxıb.

Gundeminfo.az xəbər verir ki, hazırda İrəvanda, Vazgen Sərkisyan adına Hərbi Universitetin önündə əsgər valideynləri aksiya keçirirlər. Onlar övladlarının Qarabağa göndərilməyəcəyinə zəmanət almaq istəyirlər. Elə buna görə də onlarla valideyn ali məktəbəin önündə əsgərləri daşıyan avtobusların önünü kəsiblər və onların hərəkətinə imkan vermirlər.

İki saatdır davam edən aksiya zamanı etirazçıların önünə yalnız bir dəfə Müdafiə Nazirliyinin nümayəndəsi çıxıb. O da bildirib ki, bu mövzuda danışmaq səhaliyyəti yoxdur.

Məsələ ondadır ki, valideynlərin ardıcıl aksiyasından sonra 30 noyabr 2020-ci ildə həqiqi hərbi xidmət keçənlər məzuniyyətə buraxılmış, onlara deyilmişdi ki, bundan sonra hərbi xidmətlərini Ermənistanda davam etdirəcəklər. Ancaq bu gün səhər onlara deyilib ki, bütün hallarda Qarabağa göndəriləcəklər. (Axar.az)




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...