Peyvənd vurdumaq istəməyənlərə cəza və ya cərimə? - TƏBİB-dən CAVAB

Peyvənd vurdumaq istəməyənlərə cəza və ya cərimə? -
Xəbər verildiyi kimi, yaxın zamanda Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesinə start veriləcək.

İlk növbədə tibb işçiləri və yaşı 65-dən yuxarı olanların peyvəndlənməsi nəzərdə tutulur. Proses mərhələli qaydada aparılacaq və ilkin hesablamalara görə 1 il davam edəcək.

Peyvənd könüllülük prinsipi əsasında və pulsuz vurulacaq.

Maraqlıdır, peyvənddən imtinaya görə hansısa cəza nəzərdə tutulurmu?

Cebhe.info xəbər verir ki, TƏBİB-dən bu suala cavab olaraq “Vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb”,- deyə bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...