Bakı metrosunun "8 noyabr" və digər 2 stansiyasına yeni rəis təyin olunub
“Bakı Metropoliteni” QSC-nin 3 stansiyasına yeni rəis təyin edilib.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı səhmdar cəmiyyətinin Zaur Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəzifəsindən azad edilərək inşası yekunlaşmaq üzrə olan “8 Noyabr” stansiyasına rəis təyin edilib. "Nizami" stansiyasına rəhbərlik isə Vüsal Zeynalova həvalə olunub. Bundan başqa, metronun "Xalqlar Dostluğu" stansiyasının vəfat etmiş rəisi İlqar Əliyevin yerinə Arif Həsənli gətirilib.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni təyinatları “Report”a təsdiq edib.
Xatırladaq ki, metronun paytaxtın Nəsimi rayonunda, Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində (hərbi hospitalla üzbəüz) tikintisi davam edən yeni stansiyasına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə, Zəfər Günü münasibətilə “8 Noyabr” adı verilib. Stansiyanın bu il istifadəyə verilməsi gözlənilir.
596 dəfə oxundu