Natəvanın məzarını dağıdıb sümüklərini necə daşıyıblar - Deqatidən şok kadrlar

Natəvanın məzarını dağıdıb sümüklərini necə daşıyıblar -

"Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natəvanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim. Şairdən qorxan kimdir?"

Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati bu dəfə işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından fotolar və video paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Facebook" səhifəsində sözügedən məzardan danışan Deqati bildirib ki, Xurşudbanu Natəvanın sümükləri məzarından çıxarılaraq aparılıb: "Hər şeyin, ehtimal ki, şairin çəkdirdiyi su kəmərindən su içmiş insanlar tərəfindən qəsdən məhv edildiyini, Natəvanın məzarına hücumu və hətta bütün sümüklərinin aparıldığını görüb böyük şok keçirdim. Şairdən qorxan kimdir?"

Deqati öz səhifəsində şairə haqqında məlumatlar da verib:

"Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olub. O, Qarabağın son hökmdarının varisi idi və ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləmişdi. Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilmişdi".

"1992-ci ildə şəhər ermənilər tərəfindən ələ keçirilməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş və məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum. 2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım", - deyə Deqati bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...