Möhsün Nağısoylu, Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru işdən çıxarılıb

Möhsün Nağısoylu, Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru işdən çıxarılıb
AMEA Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev tutduqları vəzifələrdən azad ediliblər.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin oktyabrın 1-də keçirilmiş iclasında qərar qəbul edilib.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1034 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...