“Qardaşıma gərək erməni gülləsi dəysin, sonra şəhidlik statusu verilsin?” – FOTOLAR
“Mən dağ kimi qardaşımı itirmişəm. Mənə deyirlər ki, ona şəhidlik statusu verilmir. Niyə verilməsin? Gərək erməni gülləsi dəysin, sonra verilsin?”
Bu sözləri dünyasını dəyişən hərbi qulluqçu Vüqar Şıxıyevin qardaşı Rəşad Şıxıyev Yeniavaz.com-a verdiyi açıqlamada deyib. O, qardaşına şəhidlik statusunun verilməsini tələb edir:
“Qardaşım baş leytenant Şıxıyev Vüqar Xalid oğlu sentyabrın 21-i ordu sıralarına cəlb olunub. 44 günlük Vətən müharibəsində ağır artilleriya komandiri olub. Müharibədən sonra qardaşım evə buraxılmadı. Kəlbəcərə mərmi aparmağa göndərdilər. Mənə zəng edib dedi ki, “vəziyyətim çox pisdi, 3 gün soyuqda çöldə qalmışam, ancaq evə gəlməyimə icazə vermirlər”. Hərbi hissə komandiri və hərbi feldşeri guya dərman verib, müalicə ediblər. Ancaq 3 gün sonra mənə zəng gəldi. Dedilər ki, dekabr ayının 9-u qardaşın dünyasını dəyişib. 49 yaşı var idi, 50 yaşını qeyd edəcəkdik. Ölüm kağızında ağciyər çatışmazlığı və soyuqdəymədən vəfat etdiyi yazılıb. Ailəmiz düşünür ki, qardaşımın qanı yerdə qalıb. Müdafiə Nazirliyinə dəfələrlə məktub yazmışam. Məktuba cavab olaraq isə deyiblər ki, hərbi xidmət müddəti və müharibə başa çatdığı üçün şəhidlik statusu verilmir. Həmçinin, qardaşıma 3 medal verilməli idi, siyahıda da qeyd olunmuşdu. Müharibənin bitməsindən və qardaşımın ölməyindən artıq 1 il keçib. Lakin mənlə medalları vermək üçün heç bir əlaqə qurulmadı. Mövzuya səhlənkar yanaşdılar. Özüm medalları almaq üçün İsmayıllı rayonunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə getdim. Mənə “Vətən uğrunda” medalını təhvil verdilər, digər 2-ni, yəni “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarını vermədilər. Mən qardaşımın hər 3 medalını da təhvil almaq istəyirəm”.
Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Lakin sorğumuza heç bir cavab verilmədi.
795 dəfə oxundu