Göyçayda bu kollecdə biabırçılıqdır

Göyçayda bu kollecdə biabırçılıqdır

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində korrupsiya və rüşvətxorluq halları baş alıb gedir. Hər bir xalqın inkişafı, qüdrəti ilk növbədə onun təhsili ilə bağlıdır. Məsəl var deyərlər bir həkim səhvə yol verərsə bir xəstənin həyatı təhlükədə olar, əgər müəllim səhv edirsə bu bütöv cəmiyyətin məhvi deməkdir. Bu gün ölkənin təhsi sahəsindəki səriştəsiz idarəçilik üsulu bu sahədə korrupsiya və rüşvətxorluğa yol açır. Orta təhsildən tutmuş, ali təhsi ocaqlarında təhsil alan bu günün gəncliyi sabah müstəqil dövlətimizin idarəçiliyinin ayrı-ayrı sahələrinin idarə olunmasına cəlb olunacaqlar.
Bu yazıda Göyçay Dövlət İdarəçilik və Texnologiya Kollecində baş alıb gedən rüşvətxorluq və korrupsiya hallarından söz açacağıq.

Beıə ki, illərdir bu təhsil ocağında heç bir frontal yoxlama aparılmadığından bir arxayımçılıq, özbaşınalıq, dəqiq desək müəllim adına yaraşmayan korrupsiya halları günü-gündən çiçəklənməkdə davam edir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Göyçay rayonu üzrə İctimai Şuranın hesabatında qeyd edilir.

Kollecdə əyani və qiyabi təhsil olmaqla təxminən 1000-də artıq tələbə təhsil alır. Əyani təhsil 15 sentyabrdan başlasa da, qiyabi təhsil ildə iki dəfə olmaqla, noyabr ayının 15-dən dekabr ayının 15-dək davam edir. Əyani təhsildə tələbələrin təhsilini qoyuruq bir kənara, bəs görəsən qiyabi təhsil alan tələbələrin neçə faizi bir aylıq təhsilə cəlb olunurlar?? Bu məqsədlə Göyçay rayon İctimai Şurasınakollecin müəllim və tələbələri tərəfindən daxil olan şifahi çikayətlər bizi həmin təhsil müəssisəsində müəyyən araşdırma aparmağa vadar elədi. Araşdırmalarımız zamanı kollecdə çox ciddi korrupsiya və rüşvət hallarının çahidi olduq. Həmin faktların bir neçəsini ictimailəşdirmək qərarına gəldik.

İlk öncə bildiririk ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov yaşı ilə əlaqədar dərs ilinin əvvəlində işdən azad edilmiş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Direktorun tədris işləri üzrə müavini Şahin Əliyevə həvalə edilib. Onu da bildiririk ki, Şahin müəllimin də65 yaşı tamam olub.

Hələ İrşad müəllim kollecdə direktor olduğu dönəmdə ciddi maliya maxinasiyaları mğvcud idi. İrşad müəllim oğlu Orxan Abbasovun Təhsil Nazirliyində yüksək vəzifədə olduğundan istifadə edərək kollecə guya avadanlıqlar alınması və təmiri ilə bağlı müxtəlif tenderlər keçirərək külli miqdarda dövlət vəsaitinin oğurlanmasına səbəb olub. Əslindər alınan avadanlıq (əgər alınıbsa) və təmir işlərinin görülməsi üçün dəyərindən qat-qat yüksək qiymət göstərilərək dövlət vəsaiti mənimsənilib.
Ödənişli təhsildən təxminən 240 min manat pul daxil olduğu halda həmin pullar direktora və rəhbərlikdə təmsil olunan digərlərinin arasında mükafat şəkilində bölüşdürülüb. Nə qədər təəccüblü olsa da həmin mükafat kiçik bir qrup arasında bölüşdürülüb.

Keçək indi digər korrupsiya və rüşvət faktlarına. Qeyd etdiyim kimi qiyabi təhsil birinci semestr üzrə noyabr ayının 15-dən dekabr ayının 15-ədək davam edir. Qanunla bu müddət ərzində qiyabi şöbədə təhsil alan tələbələr hər gün məktəbdə olmalı keçirilən dərslərdə iştirak etməlidirlər. Bəs həqiqət necədir?? Kollecin adının çəkilməsini istəməyən bir qrup müəllim və tələbələri bizə bildirdi ki, kollecin
AFT 7 qrupunda 20 tələbədən 3-ü;
EQ4 qrupunda 20 tələbədən 3-ü;
EQ 6 qrupunda 36 tələbədən 4-ü;
İstixana qrupunda 11tələbədən 4-ü;
ET 6 qrupunda 14 tələbədən 2-si;
ATM 3 qrupunda 15 tələbədən 3-ü;
BQ qrupunda 20 tələbədən 5-i məşğəıəıərdə iştirak edir. Məşğələlərdə iştirak etməyən tələbələr isə təxminən 300-500 manat pul müqabilində məşğəıəıərdə iştirak etmir.
ZQ qrupunda ümumiyyətlə bir nəfər də olsun gəlmir;
Pirəliyev Elşad adlı tələbə isə orduda xidmət etdiyi halda adı kollecdə tələbə siyahısında gedir.
Kollecin Monitorinq və qiymətləndirmə məsələsinə cavabdeh şəxs isə ümumiyyətlə qiymətləndirmədən kənarlaşdırılıb. Burda hər bir tələbənin qiymətləndirilməsi verdiyi rüşvətə görə müəyyəmləşir.
Yuxarıda qeyd etdiyimiz kimi mükafat şəklində ayrılan pullar bir qrup şəxs arasında bölüşdürülür. Kemirilən tenderlər sadəcə quru sənəd üzərində mövcuddur. Alınmalı olan inventarların isə böyük əksəriyyəti mövcud deyil.
Nə qədər təəccüblü olsa da əyani şöbənin 14! qrupu qiyabi şöbəyə verilib. Monitorinq və qiymətləndirmə şöbəsinə məhəl qoyulmadan çox pul verən tələbələrə yüksək qiymət yazılaraq subbakalavrdan ali təhsil ocaqlarına gömdərilir.
Pul verməyən tələbələr hər gün məktəbə gəlmək məcburiyyətində qalsa da bildirdilər ki, bizə 2-3 nəfər gəldiyimizə görə dərs keçən yoxdur. Hətta kənar rayondan gələn və adının çəkilməsini istəməyən körpə uşaqlı bir tələbə bildirdi ki, mən pul verçədiyimə görə məcbur olub hər gün kollecə gəlirəm. Görürəm tək mənəm, qalan tələbələr pulunu verib oturub evində. Heç kəs də mənə tək gəldiyim üçün dərs keçmir.
Bizimlə söhbət edən kollecin müəllim və tələbələri bildirdi ki, semaestr imtahanında da tələbənin qiymətinin yazılması üçün 300-500 manat arası pul alınır.
Beləcə təkcə bir semestrdə Göyçay Dövlət İdarəetmə və Texnolaogiya Kollecində külli miqdarda pul rüşvət şəkilində yığılaraq ciblərə axmaqla yanaşı təhsilimizə, sabahımıza sağalmaz yaralar vurulur.
Bütün bu olaylar təkcə bir təhsil ocağında olanlardır. Əgər bir təhsil ocağında bu qədər korrupsiya halları mövcuddurdsa heç şübhəsiz bu qanunsuzluqların başında Təhsilimizi etibar etdiyimiz Təhsil Nazirliyinin səriştəsiz, rüşvətxor təhsil rəhnərləri ilə əlbir olan əməkdaşları durur.
Bu təhsil ocağında illərdir davam edən korrupsiya və rüşvət hallarının bir qismini işıqlandırmaq bizdən, araşdırıb qanuni ölçü götürmək isə aidiyyatı orqanların işidir.
Göyçay rayonu üzrə İctimai Şura.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...