İbrahim Cəfərov da geri qalmır - tenderləri bir adamla bölüşdürür

İbrahim Cəfərov da geri qalmır -
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu 2024-cü il satınalma planlarına daxil etdiyi satın alınacaq mallar və xidmətlər üzrə keçirdiyi kotirovkaların nəticələrini açıqlayıb. İnstitut əvvəlki illərdə olduğu kimi, bu dəfə də keçirdiyi satınalmalarda şübhələnməyə xeyli yer qoyub. Mətləbə keçməzdən öncə satınalmalara diqqət yetirək.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu “Bir sıra işlərin görülməsi”nin satın alınması üzrə 01.11.2024-cü ildə başladığı kotirovka sorğusuna 17.12.2024-cü ildə yekun vurub və “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 79.694,63 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. MMC İnstitutda qeyri-yaşayış binalarının əsaslı təmiri, tikili və avadanlıqların cari təmir xərcləri və abadlaşdırma xidmətləri haqqının ödənilməsi işlərini həyata keçirəcək.

Sözügedən Elmi-Tədqiqat İnstitutu bir sıra xidmətlərin satınalınması üzrə 31.10.2024-cü ildə başladığı kotirovka sorğusuna 06.12.2024-cü ildə yekun vurub və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC ilə 14.726,4 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutda istehlakyönlü müxtəlif xidmətlər və sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri işlərini həyata keçirəcək. MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 10.12.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu bir sıra malların satınalınması üzrə 30.10.2024 cü ildə başladığı kotirovka sorğusuna 04.12.2024-cü ildə yekun vurub və “SİVVOR PP” MMC ilə 84.031 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdıırır. Bu MMC isə İnstitutu bir sıra mallarla, amma bilinmir hansı mallarla təchiz edəcək.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə daha əvvəllər də işbirliyində olduğu üzə çıxdı. Belə ki, Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 38.704 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

“Dəftərxana, təsərrüfat, kartriclər və s. əlaqədar mallar”ın satın alınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.971,84 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması üzrə “SİVVOR PP” MMC ilə 14.000 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2024-cü ildə dərc edilib.

Maşın və avadanlıq mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.977,9 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün mənzil, məişət, kommunal, təmir işləri üçün mallar və əsaslı təmir işləri”nin satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 46.197 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Kimyəvi və aktiv maddələr”in satın alınması üzrə”NUR GENERAL SUPPLIER” MMC ilə 29.978,49 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 29.944,86 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Elmi Tədqiqat İnstitutu üçün “Avadanlıqlar”ın satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 9.968,64 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 19.01.2024-cü ildə dərc edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun satınalma müqaviləsi bağladığı MMC-lərin fəaliyyət sferasına diqqət yetirdikdə nələri görmüş oluruq.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ATLANTİS CONSTRUCTİON GROUP” (VÖEN: 1506100031) Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.09.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, MUĞAN, ev 7, m. 4, qanuni təmsilçisi kimi isə Yusifli Fərid Cavanşir oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİVVOR PP” (VÖEN: 2008451201) Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.02.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL ŞIXLİNSKİ, ev 92,94,96, m. 28, qanuni təmsilçisi kimi isə Xəlilsoy Vüsal Tehran oğlu qeyd olunub.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, MMC bir dövlət qurumunun yanacaq və sürtkü materialları, nəqliyyat vasitələrinin cari təmiri xərcləri üzrə, başqa bir qurumun dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə, digər bir qumun “Müxtəlif mallar”ın satınalınması üzrə keçirdiyi kotirovka sorğularının qalibi olub ki, bu da sözügedən şirkətin ixtisas göstəricilərinə olan şübhələri artırır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GENERAL TƏCHİZAT VƏ SERVİS” (VÖEN: 2008007161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, NAXİMOV DÖNGƏSİ, ev 94, m. 2, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun bu MMC-lərlə işbirliyi ötən ilə təsadüf edir. Belə ki, Elmi-Tədqiqat İnstitutu ötən il “NUR SUPPLIER” MMC ilə dəftərxana mallarının satınalınması üzrə 14.992 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, KİÇİK PİRƏLİ, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

MMC-lərlə bağlı daha əvvəllər apardığımız araşdırmada məlum olmuşdu ki, “NUR SUPPLIER” və “GENERAL TƏCHİZAT VƏ SERVİS” MMC-lər Qəbələnin Kiçik Pirlər kəndində yaşayan 63 yaşlı evdar qadın Rəhimə Yusibovanın adına yaradılıb. “NUR GENERAL SUPPLIER” Yusifzadə Nərmin Tahir qızının, “ATLANTİS CONSTRUCTİON GROUP” MMC isə Yusifli Fərid Cavanşir oğlunun adına yaradılıb. Bu MMC-ləri isə Bakıdan bir nəfər edir. Həmçinin “SİVVOR PP” MMC-ni də.

Göründüyü kimi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Satınalma Komissiyası kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, Bir nəfər tərəfindən idarə olunan 5 MMC-nin nə müvafiq sahədə peşəkarlığına, nə təcrübəsinə, nə də digər uyğunluq göstəricilərini nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovdu. O, 25 iyul 2013-cü ildən 6 sentyabr 2022-ci ilə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışıb. Rektorluqdan azad edildikdən cəmi bir ay sonra, 6 oktyabr 2022-ci ildə keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə gətirilib. elektron mediada İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Görsənən odur ki, İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən başqa dəyərlər də var.

Aktualinfo.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...