Şəhidin ailəsinə qarşı icra başçısından hörmətsizlik olunub? - VİDEO
Gundeminfo.az Aran Media-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Səfərov Gökan İlqar oğlunun ailəsi Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin sərt sözləri ilə sarsılıblar. Ailə onlara edilən bu hörmətsizliyi qəbul edə bilmir. Problemləri ilə icra başçısına müraciət edən şəhid anası Nəsibə xanım deyir ki, 31 ildi məskunlaşdıqları Yevlax rayon Aran qəsəbəsinin yarımçıq tam şəraitsiz bir tikilisində güclü küləklər nəticəsində evin damın yarasız vəziyyətdə düşüb.Nəticədə yağan yağış onların başına yağır. Ailə FHN müraciət edib. Müraciətə əsasən tikiliyə baxış keçirilib yarasız vəziyyətdə olması bildirilib. Yəni beş-üç dam örtüyündən ötrü şəhid ailəsinin xətrinə dəymək düzgündürmü? Həmin ünvanda olduq. Ailənin problemləri ilə yaxından maraqlandıq. Həqiqətən də yarımçıq bir şəraitsiz tiklidə yaşamaq heç cürə mümkün olmadığının şahidi olduq. Şəraitsizlikdən Nəsibə xanım səhhətində müxtəlif xəstəliklər tapıb. Şəhid anası 3 oğul övladını həmin bu şəraitsiz bir ünvanda boya-başa çatdırıb. Ailənin heç bir yerdən gəliri yoxdur. Xanım iş üçün müraciət etsədə işlə də təmin olunmayıb.
31 il əvvəl yaşadıqları Ağdam torpaqlarından məcburi köçkün düşən ailə bu günə kimi çətin, dözülməz bir şəraitdə yaşayır. Ailənin bu vəziyyətini biz şəkib göstərdik, ümid qalır aidiyyəti orqanlara.
Qeyd edək ki,Səfərov Gökhan İlqar oğlu 2005-ci il mart ayının 20-də Mingəçevir şəhərində anadan olmuşdur. Yaşadıqları ünvanda şəraitsiz vəziyyət olduğuna görə uşaqlar və Gökhan Səfərov orta təhsillərini bibilərinin yanında qalaraq Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı tam orta məktəbə gediblər.
482 dəfə oxundu