Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan - Sərt cavab

Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan -
“Ermənistanın hökumətyönlü teleqram kanallarını oxumaq xəstəliyə səbəb ola bilər”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın teleqram kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistandan silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırarkən deyib.

“Ermənistanda hökumətyönlü teleqram kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır. Bəzən elə cəfəngiyyatlar yayırlar ki...”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...