Biri ləğv edildi: AMEA-da neçə institut qaldı?

Biri ləğv edildi:
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.

Axar.az xəbər verir ki, bununla bağlı müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib.

Hazırda AMEA-nın nəzdində 9 institut qalıb:

1. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

2. Memarlıq və İncəsənət İnstitutu;

3. Folklor İnstitutu;

4. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

5. Nəsimi adına Dilçilik İnstitutu;

6. Arxeologiya və Antropologiya İnstitutu;

7. Fəlsəfə və Sosiologiya İnstitutu;

8. Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu;

9. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu.

Qeyd edək ki, AMEA-ya Respublika Seysmoloji Xidmət Mərkəzi də daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...