Səadət Hüseynovun notarius "imkanları" - müdhiş faktlar

Səadət Hüseynovun notarius "imkanları" -
Azərbaycan qanunvericiliyinə uyğun olaraq, notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməsi, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. İndi görək, bu qanun ölkəmizdə işləyirmi, yaxud da bütün Notariuslara eyni dərəcədə şamil olunurmu?
GundemXeber.Az-ın redaksiyasına daxil olan məlumata görə, "Meyvəli bazarı" adlanan ərazidə 48 saylı notariat idarəsində nikah müqaviləsi bağlanan zamanı idarənin Notariusu yerində olmayıb və həmin müqaviləni Anar adlı şəxs hansı əsasla bağlayıb? Digər tərəfdən 01. 07. 2022-ci il saat 15:13:44 radələrində fiziki və hüquqi şəxslərlə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməli olduğu halda, bunu etməyib. Ona görə kömək olunmayıb ki, Bakı şəhəri 48 saylı notariat ofisinin Xüsusi notariusu Hüseynov Səadət Eldar oğlu orada olmayıb. Ümumiyyətlə, nigah müqaviləsi bağlayan şəxslər onu görməyiblər. Bir halda ki, 48 saylı notarius Bakı şəhərində fərqli ünvanlarda fəaliyyət göstərirsə, deməli belə halların baş verməsi mümkündür.
Bundan əlavə, redaksiyamıza daxil olan məlumatlardan aydın olub ki, xarici sürücülük vəsiqəsi olan əcnəbilərin özləri olmadan yerli vətəndaşların avtomobillərinin "idarə edilməsi" üçün xarici vətəndaşlara etibarnamə verilir. Hansı ki, Bakı şəhəri 48 saylı notariat idarəsində etibarnamənin hazırlanması zamanında nə xarici, nə də yerli vətəndaşlar iştirak etmirlər. Burada görünən odur ki, idarənin işçisi Anar müəllim hansısa maraqlar əsasında vatsapına göndərilən şəkillərlə həmin sənədləri saxta yolla həll edir. Hətta elə anlar olur ki, notariat idarəsinin Xüsusi notariusu Hüseynov Səadət Eldar oğlunun işdə olmadığı vaxtlarda digər saxta müqavilələr də Anar müəllim tərəfindən hazırlanıb yaxın bildiyi adamlara təqdim olunur. Yuxarıda qeyd olunan saxta sənədləşmə ona görə aparılır ki, avtomobilin yerli sahibinin adına cərimə və ya bal yazılmasın.
48 saylı notarius Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərir. Belə ki, 48 saylı notariat Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli bazarı” deyilən yerdə və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir. Sual olunur: Eyni zamanda üç ayrı məkanda notariat əməliyyatı Səadət Hüseynov tərəfindən necə həyata keçrilir? Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır? Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?
Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır. KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.
Etibarlı mənbələrdən verilən məlumata görə, vaxtilə şikayətçilər tərəfindən ünvanlanmış müraciətlərin nəticəsi olaraq toplanmış faktlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən araşdırılma aparılmış və 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu intizam qaydasında cəzalandırılmışdır. Həmçinin, Binəqədi Rayon Prokurorluğunda 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu barəsində araşdırılma aparılmış, onun əməllərində cinayət əlamətləri olsa belə, cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyündən, “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.
O da bildirilir ki, notarius Səadət Hüseynovun Bakı şəhərində fəaliyyət göstərən “Rentakar” şirkətləri ilə qanundankənar bir sıra işləri də mövcuddur. Bu haqda növbəti yazılarımızda oxuya biləcəksiniz.
Mövzuya qayıdacağıq.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək.

GundemXeber.Az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
171 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...