İran mollası vəzifəsindən kənarlaşdırılıb - Azərbaycan əleyhinə çıxışlar edirdi

İran mollası vəzifəsindən kənarlaşdırılıb -
Bu yaxınlarda Azərbaycan Prezidentinə qarşı kəskin ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə İran KİV-lərində məlumat yayılıb.

Ancaq İranın hökumət saytları bu iftiraçı və təxribatçı mollanın guya "öz istəyi ilə istefa verdiyi" kimi qələmə veriblər.

Xəbərə görə, bu barədə hökumət mollası istefa verməsi ilə bağlı çıxış edib. O, çıxışında 10 ilə yaxındır ki, cümə imamı kimi fəaliyyət göstərdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla bir sıra hökumət mollalarının anti-Azərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...