Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər?

Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər?
“Bizim Qida” MMC (VÖEN – 0300358631) “Naxçıvan Kərpici” MMC-nin (VÖEN – 0300015281) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, qoşulmadan sonra “Bizim Qida” MMC “Naxçıvan Kərpici” MMC-nin bütün hüquq və öhdəlikləri üzrə hüquq varisi olub.
Qeyd edək ki, hər iki şirkətin hüquqi ünvanı Babək rayonunun Qoşadizə kəndində yerləşir. Nizamnamə kapitalı 60 min 20 manat olan “Bizim Qida” MMC-nin qanuni təmsilçisi Əliyev Vaqif Əli oğlu, nizamnamə kapitalı 47 min 14 manat 86 qəpik olan “Naxçıvan Kərpici” MMC-nin qanuni təmsilçisi isə Sürkit Mehmet Hasan oğludur.
Məlumat üçün bildirək ki, Türkiyədə fəaliyyət göstərən “Sürkit” Şirkətlər Qrupunun sahibi olan Mehmet Sürkit İğdırın tanınmış iş adamlarından biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun ailə üzvlərinə məxsus olan “Nəxşicahan Holdinq”ə bağlı şirkətlərdən bəziləri “Sürkit” Şirkətlər Qrupunun nəzarətinə keçib. Mehmet Sürkitin oğlu Aziz Hasan Surkit Naxçıvanda “NP Petrol” MMC-nin qanuni təmsilçisi olub. Hazırda “NP Petrol” MMC-yə İmamquliyev Adəm Zellabdın oğlu rəhbərlik edir.
Onu da bildirək ki, bir neçə gün əvvəl Talıbovların biznes ortaqlarından daha birinə – Türkiyəli iş adamı Emin Uçara bağlı şirkətlərdə də analoji birləşmə baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...