İctimai nəqliyyatda gedişhaqqı artırılır? - RƏSMİ

İctimai nəqliyyatda gedişhaqqı artırılır? -
İctimai nəqliyyatda gedişhaqqının məbləğinin artacağı ilə bağlı iddialar yayılıb. Bir sıra xəbər portallarında və sosial şəbəkələrdə qeyd edilir ki, ictimai nəqliyyatda gedişhaqqı təxminən 1 manat olacaq.

Buna təsir edən faktorlar kimi nəqliyyat xərclərinin ildən-ilə artması, texniki xidmət və ehtiyat hissələrinin bahalaşması göstərilir. Hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Bakupost.az-ın məlumatına görə, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ictimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Xatırladaq ki, ictimai nəqliyyatda gedişhaqqı sonuncu dəfə 2024-cü ilin iyunun 30-da dəyişib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən verilən qərara əsasən, ictimai nəqliyyatda tariflər bir gediş üzrə 50 qəpik olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...